Xızı Rayon İcra Hakimiyyətinin yeni binası istifadəyə verilib - FOTO

Xızı Rayon İcra Hakimiyyətinin yeni binası istifadəyə verilib - <span style="color: red;">FOTO
# 22 iyul 2014 11:54 (UTC +04:00)

Bakı-APA. Xızıda rayon İcra Hakimiyyətinin yeni binası istifadəyə verilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanış olub.

Binada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki imkanlar yaradılıb. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına, rayon icra hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyətinə geniş imkan yaradır. Operativ idarəetmə otağı vasitəsilə sakinlər inzibati binaya gəlmədən onları narahat edən problemlərlə əlaqədar icra hakimiyyətinin məsul şəxsləri ilə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun bütün icra nümayəndəlikləri şəbəkəyə qoşulub.

Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR