Yadigar Sadıqlının apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib

Yadigar Sadıqlının apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib
# 01 iyul 2014 15:33 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı – APA. Şirvan Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müşaviri Yadigar Sadıqlının apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə Y. Sadıqlının özü də iştirak edib. Məhkəmə prosesində şahid dindirilib və vəkillər tərəfindən bəzi vəsatətlər verilib. Vəkillərin təqdim etdiyi vəsatətlər qismən təmin olunub.

Proses iyulun 22-də davam etdiriləcək.

Qeyd edək ki, Y. Sadıqov ötən il iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında saxlanılıb. R. Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqlının iki nəfərlə birgə onu döydüyünü bildirib. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Y. Sadıqlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR