YAP-da “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa keçirilib - FOTO - VİDEO

YAP-da “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 18 iyul 2014 10:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Yeni Azərbaycan Partiyasında (YAP ) Mətbuat və ictimai əlaqələr komissiyasının “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən YAP-ın Mətbuat və ictimai əlaqələr komissiyasının sədri Nizami Xudiyev bildirib ki, Azərbaycanda mətbuat XIX əsrdə yaranmış olsa da, onun xüsusi sahə kimi dövlətçiliyə xidmət etməsi XX əsrin axırlarından reallaşmağa, həqiqətə çevrilməyə başlayıb.

Onun sözlərinə görə, 1875-1877-ci illərdə Həsən bəy Zərdabinin rəhbərliyi ilə yaradılan “Əkinçi” qəzetinin ölkədə milli maraqların inkişafında, mətbu fikrin formalaşmasında böyük xidmətləri olub. N.Xudiyev qeyd edib ki, mətbuat dövlətə xidmət etmək baxımından funksiyasını yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyevin apardığı siyasət nəticəsində mümkün olub: “1998-ci il avqustun 6-da Azərbaycan söz, fikir, məlumat azadlığının təmin edilməsi ilə bağlı fərman verildi və onun nəticəsi olaraq mətbuat üzərindən senzura ləğv olundu. Bu qərar müstəqil Azərbaycan mətbuatının inkişafına təkan verib”.

N.Xudiyevin sözlərinə görə, jurnalistlər üçün vətənpərvərlik, peşəkarlıq və məhsuldarlıq kimi istiqamətlər mühüm olmalıdır. O, bəzi jurnalistləri işlərində məsuliyyətli olmağa da çağırıb. Komissisya sədri qeyd edib ki, hər hansı bir informasiyanı tapıb, yoxlamadan, dəqiqləşdirmədən emal edib yaymaq məsuliyyətsiz bir işdir.

Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli isə bildirib ki, milli mətbuatın 139 illik tarixi var və o, mühüm inkişaf yolu keçib. Onun sözlərinə görə, mətbuatın inkişafına hər zaman dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilib: “Bakıda jurnalistlər üçün tikilən yeni yaşayış binası növbəti ilin sonunadək jurnalistlərin istifadəsinə veriləcək. Hazırda 3 girişli, 17 mərtəbəli 250 mənzilli binanın tikintisi gedir. Hazırda 8-ci mərtəbədə iş aparılır. Bina növbəti ilin sonunda jurnalistlərin istifadəsinə veriləcək”.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə ölkə mətbuatının inkişafı və keçdiyi yol barədə ətraflı danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR