YAP: İlham Əliyev müxalifətdən fərqli olaraq, dəstəyini Azərbaycandan kənarda deyil, daxildə qazanıb

YAP: İlham Əliyev müxalifətdən fərqli olaraq, dəstəyini Azərbaycandan kənarda deyil, daxildə qazanıb
# 14 avqust 2013 08:12 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Rusiya prezidenti Vladimir Putinin Bakı səfərinin onun seçkilərdə İlham Əliyevə dəstək verməsi ilə əlaqələndirilməsi tamamilə yanlışdır. Bununla bağlı müxalif mətbuatın yazdıqları uydurmadır. İlham Əliyevə yalnız Azərbaycan xalqı dəstək verir”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, deputat Əli Əhmədov deyib.

Ə. Əhmədovun sözlərinə görə, müşahidələr göstərir ki, Azərbaycan seçicilərinin tam əksəriyyəti İlham Əliyevi dəstəkləyir: “YAP sədri İlham Əliyev müxalifətdən fərqli olaraq dəstəyini Azərbaycandan kənarda deyil, Azərbaycanın daxilində qazanıb. Bu dəstək də İlham Əliyevə seçkilərdə uğur qazanması üçün kifayət edir. Başqa dəstəyə ehtiyac yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR