Yusif Bağırzadə: “QHT rəhbərlərinin hüquqlarının müdafiəsi məqsədilə hər hansı mərkəzin yaradılmasına ehtiyac görmürük”

Yusif Bağırzadə: “QHT rəhbərlərinin hüquqlarının müdafiəsi məqsədilə hər hansı mərkəzin yaradılmasına ehtiyac görmürük”
# 03 sentyabr 2014 09:52 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) müxalif yönümlü siyasi partiya rəhbərlərinin QHT təmsilçilərinin həbsi ilə bağlı təsis etdiyi Birləşmiş Hüquq Müdafiə Mərkəzinin toplantılarına qatılmamasına aydınlıq gətirib.

AMİP sədri Yusif Bağırzadə APA-ya açıqlamasında deyib ki, sözügedən toplantıda iştirakla bağlı partiyaya dəvət gəlib, lakin AMİP bundan imtina edib: “Biz belə hesab edirik ki, Azərbaycanda kifayət qədər müstəqil məhkəmələr və digər yuxarı instansiyalar var. Hər bir Azərbaycan vətəndaşı hüququ pozulduğu təqdirdə, bu məhkəmələrə müraciət edə bilər. Bu baxımdan QHT rəhbərlərinin hüquqlarının müdafiəsi məqsədilə hər hansı mərkəzin yaradılmasına ehtiyac görmürük. Tutduğu vəzifəsən asılı olmayaraq, hər kəs, o cümlədən həbs olunan QHT sədrləri Azərbaycan vətəndaşlarıdır və bu ölkənin qanunlarına tabe olmalıdırlar. Bütün bunlara görə həmin toplantılara qatılmağa ehtiyac duymadıq”.

Qeyd edək ki, mərkəz Müsavat başqanı İsa Qəmbərin təşəbbüsü ilə təsis edilib. Mərkəzin sədri KXCP sədri Mirmahmud Mirəlioğludur. Quruma AMİP-lə yanaşı, AXCP də qatılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR