Zeynal Nağdəliyev: Vəzifəmiz odur ki, prezident seçkilərini heç bir nöqsana yol vermədən keçirək

Zeynal Nağdəliyev: Vəzifəmiz odur ki, prezident seçkilərini heç bir nöqsana yol vermədən keçirək
# 20 dekabr 2023 11:43 (UTC +04:00)

Müşahidə kameraları bizə bir sıra nöqsanları aradan qaldırmağa kömək edib.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, məntəqə seçki komissiyalarının üzvləri səslər sayılanda otağı tərk etməməlidir: “Bu, müşahidə kameralarında görünür. Səsvermə qutuları sahibsiz qoyulmamalıdır. Hər birimizin vəzifəsi odur ki, ölkəmizin nüfuzunu qoruyub saxlayaraq, qarşıdakı prezident seçkilərini heç bir nöqsana yol vermədən keçirək. Bunun üçün üzərimizə düşən vəzifələr hamımıza aydındır. Hamımızı qarşıda məsuliyyətli və gərgin iş rejimi gözləyir. İşimizi elə qurmalıyıq ki, 7 fevral seçkiləri həm ölkəmizdə, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilsin”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR