Zelim Kotsoyev Avropa çempionatında gümüş medal qazanıb

Zelim Kotsoyev Avropa çempionatında gümüş medal qazanıb
# 26 aprel 2025 19:30 (UTC +04:00)

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisi daha bir medal qazanıb.

Olimpiya çempionumuz Zelim Kotsoyev 100 kq çəki dərəcəsində mübarizəyə 2-ci mərhələdən start verib.

O, Mixael Aristosu (Kipr) və Maksims Duynovsi (Latviya) məğlub edib.

Təmsilçimiz yarımfinalda Anton Savitskini (Ukrayna) məğlub edib. O, finalda Paris-2024-də məğlub etdiyi gürcüstanlı İlya Sulamanidze ilə mübarizə aparıb. Burda məğlub olan Zelim gümüş medalla kifayətlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR