Bakı. Fuad Cəfərov – APA. Azərbaycanın şəhər və rayonlarında vətəndaşlara şəxsiyyət vəsiqələri verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Xəzər Rayon Polis İdarəsi, Beyləqan, Şuşa, Yardımlı, Sabirabad, Samux Rayon Polis şöbələrinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə həmin rayonlarda vətəndaşlara yeni şəxsiyyət vəsiqələri verilib.
Ümumilikdə 3356 nəfər, o cümlədən Beyləqan rayonunda 353 nəfərə, respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmış Şuşa rayonundan olan 263 məcburi köçkün, Yardımlıda 155 rayon sakini, Sabirabadda 408 nəfər, Samux rayonunda 981 nəfər, Füzulidə isə 861 nəfər rayon sakini yeni şəxsiyyət vəsiqəsi ilə təmin olunub. .
Bundan əlavə, paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində keçirilmiş səyyar xidmətlər zamanı 335 nəfərin müvafiq sənədləri də qəbul edilib.