Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə qaz satışı 4,6 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% çoxdur.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 23,6% çox, yəni 3,5 mlrd. kubmetr qaz ixrac edilib.
Məlumata əsasən, hesabat dövrü Gürcüstana ixrac edilən qazın həcmi isə 1,1 mlrd. kubmetr olub.