Afrika İttifaqı: Donald Tramp üzr istəməlidir

afrika ittifaqi donald tramp uzr istemelidir

Afrika ölkələrinin nümayəndələri ABŞ prezidenti Donald Trampdan afrikalıların ünvanına söylədiyi vulqar sözlərə görə üzr istəməyi tələb ediblər.

 

APA-nın “DW” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Afrika İttifaqının ABŞ-dakı nümayəndəliyinin bəyanatında deyilir.

 

Afrika qitəsinin 54 ölkəsinin imzaladığı bəyanatda tələb olunur ki, Tramp “murdar ölkələrdən olan immiqrantlar” ifadəsini geri götürsün.

 

Nümayəndəlik bildirib ki, Afrika ölkələri ABŞ prezidentinin xəyanətkar, irqçi və ksenofob ifadələrindən təəccüblənir və Afrika qitəsinin təhqir edilməsinə yönəlik tendensiyadan narahatdır.

 

 

Xatırladaq ki, ötən gün D. Tramp Demokratlar Partiyasından və Respublikaçılar Partiyasından olan konqresmenlərlə görüşündə deyib ki, ABŞ Haitidən və “murdar” Afrika ölkələrindən olan immiqrantları deyil, Norveç kimi ölkələrdən olan immiqrantları qəbul etməlidir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

08:52 24 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • vekiller kollegiyasinin rehberliyi konstitusiya mehkemesinde olub
    Vəkillər Kollegiyasının rəhbərliyi Konstitusiya Məhkəməsində...
  • bakida bir cox ustunlukleri olan yeni serfeli omega taksi xidmeti fealiyyete basladi
    ®Bakıda bir çox üstünlükləri olan yeni, sərfəli “OMEGA” taks...
bakida bir cox ustunlukleri olan yeni serfeli omega taksi xidmeti fealiyyete basladi bakida bir cox ustunlukleri olan yeni serfeli omega taksi xidmeti fealiyyete basladi +2
MƏZƏNNƏ
FOREX
/ 24 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0948
 
RR
0.0302