Liberiyada 11 nəfər naməlum xəstəlikdən ölüb

liberiyada 11 nefer namelum xestelikden olub

Afrikada 11 nəfər naməlum xəstəlikdən ölüb.

 

APA-nın BMT-nın saytına istinadən verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Liberiyada naməlum xəstəliyin səbəblərini araşdırır.

 

Həftənin əvvəlində 19 nəfər hərarət, qusma və ishal əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Əksəriyyəti 21 yaşadək olan xəstələrdən 11-i ölüb. Məlumata görə, xəstələnən şəxslər yerli dini liderin dəfnində iştirak edib. Həkimlər onların ilkin olaraq   Ebola xəstəliyinə yoluxduğunu düşünsələr də, laboratoriya analizi yeddi halda bunu təsdiq etməyib. Naməlum xəstəliyə yoluxan xəstələr digər xəstələrdən təcrid edilib.

 

Hazırda mütəxəssislər su və hava nümunələrinin laboratoriya analizlərini aparır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya
    Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOSESSİYA...
  • prezident ilham eliyev neftcala senaye mehellesinin acilisinda istirak edib
    Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışın...
prezident ilham eliyev neftcala senaye mehellesinin acilisinda istirak edib prezident ilham eliyev neftcala senaye mehellesinin acilisinda istirak edib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ