Baş nazir: “Üç minə yaxın tunisli İŞİD sıralarına qoşulub”

bas nazir uc mine yaxin tunisli isid siralarina qosulub

İndiyədək üç minə yaxın tunisli İŞİD terror qruplaşmasının sıralarına qoşulub.

 

APA-nın xəbərinə görə, bu barədə “Der Spiegel” jurnalına müsahibəsində Tunisin baş naziri Yusif Şahid bildirib.

 

“Apardığımız hesablamalara əsasən, bu günədək 2929 Tunis vətəndaşı İŞİD sıralarına qoşulub. Onların əksəriyyəti döyüşlərdə həlak olub. Lakin təbii ki, qlobal problemə çevrilən terrorizmin milləti, mənsubiyyəti yoxdur. Ümid edirəm ki, Anis Amrinin Berlində törətdiyi terror aktı Tunislə Almaniya arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmayacaq”, deyə Y.Şahid qeyd edib.

 

Xatırladaq ki, dekabrın 19-da Berlində baş verən terror aktının törədilməsində şübhəli bilinən Tunis vətəndaşı Anis Amri üç gün sonra İtaliyanın Milan şəhərində atışma zamanı məhv edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
09:24 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide avtomobil hasara cirpilib xesaret alanlar var
    Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var...
  • fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1
    FHN Bakının mərkəzində mağazada baş verən yanğınla bağlı məl...
fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1 fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1 +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ