Misir hökuməti giriş vizasının qiyməti ilə bağlı qərarını təxirə salıb

misir hokumeti giris vizasinin qiymeti ile bagli qerarini texire salib

Misir hökuməti birdəfəlik giriş vizasının qiymətinin 25 ABŞ dollarından 60 dollara qaldırılması ilə bağlı qərarını təxirə salıb.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misirin Turizm nazirliynin açıqlamasında bildirilir.

 

Məlumata görə, yeni qaydalar martın 1-dən deyil, iyulun 1-dən qüvvəyə minəcək. Qərarın təxirə salınmasına səbəb ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin hökumətə müraciəti olub.

 

Bundan əvvəl Misir hökuməti martın 1-dən birdəfəlik giriş vizasının qiymətinin 25 ABŞ dollarından 60, çoxdəfəlik vizasının isə 70 dollaradək qaldırılacağını bəyan etmişdi. Qeyd edək ki, 2016-cı ildə Misirin turizm gəlirləri 3,4 milyard dollar azalıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • suriyada rusiya ordusunun generali helak olub
    Suriyada Rusiya ordusunun generalı həlak olub
  • ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya
    Ucarda “NİVA” yük maşını ilə toqquşub, 3 nəfər ağır xəsarət ...
ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ