Misir OPEK+ razılaşmasına qoşulmayacağını bəyan edib

misir opek razilasmasina qosulmayacagini beyan edib

Misir neft hasilatının həcminin azaldılmasına dair OPEK və təşkilata üzv olmayan bir neçə digər ölkələr arasında imzalanan razılaşmaya (OPEK+) qoşulmamağı planlaşdırır.  APA-nın “Blumberq”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Şərif İsmayıl bildirib.  

 

“Misir OPEK+ sazişinə qoşulmayacaq, çünki ölkə demək olar ki, heç nə ixrac etmir, hasil edilən xammalın xeyli hissəsi yerli neft emalı zavodlarında istifadə olunur”, - deyə Şərif İsmayıl bildirib.      

 

“İxrac olunan həcm diqqətəlayiq deyil və bazarlara təsir etmir. Tədarük həcmlərinin  azaldılmasından danışılırsa, bu bir-iki mln. barel ixrac edən ölkələrə aid edilməlidir”, - deyə baş nazir qeyd edib.   

 

Qeyd edək ki, OPEK və neft hasil edən bir sıra ölkələr 2016-cı ilin sonlarında neft hasilatının 1,8 milyon barel azaldılması barədə razılığa gəliblər.  Razılaşma 6 ay üçün nəzərdə tutulub, daha sonra 2018-ci ilin martına qədər uzadılıb. Azərbaycan da bu razılaşmaya imza atıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ilin en yaxsi kisi futbolcusu melum olub
    İlin ən yaxşı kişi futbolçusu məlum olub
  • bilesuvarda 0 5 ton pambiq yanib
    Biləsuvarda 0,5 ton pambıq yanıb
bilesuvarda 0 5 ton pambiq yanib bilesuvarda 0 5 ton pambiq yanib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2.001
 
RR
0.0295