Nigeriyada törədilən terror aktı nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb - YENİLƏNİB

nigeriyada toredilen terror akti neticesinde olenlerin sayi 56 nefere catib yenilenib

Nigeriyanın Madaqali şəhərində törədilən iki partlayış nəticəsində ölənlərin sayı 56-ya nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin şimal-şərqində yerləşən Madaqali şəhərinin bazarında qeydə alınıb.

 

Son məlumata əsasən, bazarda bir-birinin ardınca baş verən iki partlayış nəticəsində 56 nəfər ölüb, 57 nəfər yaralanıb.

 

Madaqali şəhəri ötən il “Boko Haram” terror qruplaşmasının silahlılarından təmizlənib. Hazırda Nigeriya ordusu Madaqali yaxınlığında gizlənən terrorçuların mövqelərinə zərbələr endirir.

 

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

 

***

 

20:12

 

Nigeriyanın Madaqali şəhərində bazarda törədilən iki partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 10 nəfərin öldüyü bildirilirdi.

 

İnsidentin təfərrüatları barədə məlumat verilmir. Partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Qeyd edək ki, Madaqali şəhəri ötən il “Boko Haram” terror qruplaşmasının silahlılarından təmizlənib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ