Nigeriyada kilsədə damın uçması nəticəsində 200-dək dindarın öldüyü ehtimal olunur

nigeriyada kilsede damin ucmasi neticesinde 200 dek dindarin olduyu ehtimal olunur

Nigeriyanın Uyo şəhərində yerləşən kilsədə damın uçması nəticəsində 200-dək dindarın öldüyü ehtimal olunur.

 

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, yerli mətbuat insident nəticəsində 50-200 dindarın öldüyünü bildirir.   

 

Bundan əvvəl 60 nəfərin öldüyü bildirilirdi.

 

Məlumata görə,  dekabrın 11-də məbəddə dini ayinin keçirilməsi planlaşdırılıbmış, lakin kilsənin tikintisində gecikmə baş verib. Bu səbəbdən fəhlələr tikinti qaydalarında ciddi nöqsanlara yol verərək işləri sürətləndiriblər.

 

İnsident baş verən an kilsədə yüzlərlə dindar olub. Dəmir konstruksiyalardan ibarət dam örtüyünün qalıqları altında ölənlərin sayının artacağı istisna olunmur.   

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ