Seneqal Qambiyaya ordu yeridib

seneqal qambiyaya ordu yeridib

Seneqal ordusu  Qambiyada hakimiyyətin prezident seçkilərində qələbə qazanmış Adam Barrouya verilməsini təmin etmək məqsədi ilə bu ölkənin ərazisinə daxil olub.

 

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, yanvarın 18-də Qambiya Milli Assambleyası seçkilərdə məğlub olmuş prezident Yəyya Cammenin səlahiyyətlərinin müddətini uzadıb. Qeyd edək ki, Yəyya Camme yanvarın 19-da hakimiyyəti yeni seçilmiş prezident Adam Barrouya təhvil verməli idi. Bundan sonra Seneqal ordusunun  Qambiya sərhədlərinə doğru irəliləməsi barədə məlumatlar yayılmışdı.

 

Afrika İttifaqının Dövlətlər Şurası bundan əvvəl  yanvarın 19-dan seçkilərdə məğlub olmuş Yəyya Cammenin Qambiyanın  legitim rəhbəri kimi tanımayacağı barədə bəyanat yayıb.   

 

Bundan əvvəl bildirilmişdi ki, Nigeriya və Qərbi Afrikanın digər ölkələri Qambiyaya daxil olacaq koalisiya yaradır.  

 

Xatırladaq ki, Qambiya prezidenti Yəyya Camme ötən ay  mandatı başa çatdıqdan sonra vəzifəsini tərk etməkdən imtina edib. 

 

“Mən qorxaq deyiləm. Mənim hüquqlarımı pozmaq olmaz. Mənim mövqeyim belədir. Allahdan başqa heç kim məni qələbədən məhrum edə bilməz. Mən öz postumdan getməyəcəm”, - deyə Camme bildirmişdi.

 

Qeyd edək ki, Qambiyada prezident seçkiləri dekabrın 1-də keçirilib. Səsvermənin nəticələrinə əsasən, müxalif Vahid Demokratik Partiya (UDP) tərəfindən namizədliyi irəli sürülən Adam Barrou seçicilərin 45,5 faizinin etimadını qazanaraq seçkilərdə qələbə qazanıb.  Hazırkı prezident Y.Camme isə 36,7 faiz səs toplayıb.

 

Səsvermənin nəticələri elan edildikdən sonra Y.Camme seçkilərin nəticələrini qəbul etmədiyini bəyan edib.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ