ABŞ-da Rusiyanın prezident seçkilərinə müdaxiləsi ilə bağlı xüsusi araşdırmaçı təyin edilib

abs da rusiyanin prezident seckilerine mudaxilesi ile bagli xususi arasdirmaci teyin edilib

ABŞ Ədliyyə nazirliyi Federal Təhqiqatlar Bürosunun sabiq başçısı Robert Mülleri Rusiyanın 2016-cı prezident seçkilərinə müdaxiləsi ilə bağlı xüsusi araşdırmaçı təyin edib.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ baş prokurorunun müavini Rod Rozenstayn bəyan edib.

 

“Bu, amerikalıların araşdırmanın nəticələrindən əmin olması üçün vacibdir”, deyə R.Rozenstayn bildirib.

 

Bundan əvvəl Rusiyanın ABŞ-dakı seçki kampaniyasına ehtimal edilən müdaxiləsi ilə bağlı araşdırmanı Federal Təhqiqatlar Bürosu aparıb. Ötən həftə ABŞ prezidenti FTB-nin direktorunu vəzifəsindən azad edib. Komi Trampın əleyhinə yönələn “Rusiya əlaqələri”nə dair işin istintaqı ilə məşğul olub. Ağ Ev və Kreml Trampın Rusiya ilə əlaqəli olmasını inkar edir.

 

Qeyd edək ki, Hillari Klinton Komini prezident seçkiləri zamanı səsverməyə 10 gün qalmış onun barəsində təsdiqlənməmiş məlumat yaymaqda ittiham edib. Klintonun iddiasına əsasən, yeni istintaqın aparılmasına dair təsdiqlənməmiş məlumatı yaymaqla, Komi onun seçkilərdə məğlub olmasını təmin etmiş olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:12 23 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida qadin yanginda olub
    Bakıda qadın yanğında ölüb
  • bakida cerime meydancasinda avtomobiller qaret edilib
    Bakıda cərimə meydançasında avtomobillər qarət edilib
bakida cerime meydancasinda avtomobiller qaret edilib bakida cerime meydancasinda avtomobiller qaret edilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7009
 
EUR
2.0003
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ