ABŞ haker hücumlarına qarşı beynəlxalq yardım təklif edib

abs haker hucumlarina qarsi beynelxalq yardim teklif edib

ABŞ-ın Daxili təhlükəsizlik nazirliyi haker hücumlarına qarşı beynəlxalq yardım təklif edib.

 

APA-nın məlumatına görə, bu barədə nazirliyin rəsmi saytında bildirilir.

 

Məlumatda qeyd olunur ki, kompüterləri sıradan çıxaran zərərverici proqram təminatı “Ransomware” kimi tanınır. Onun əmələ gətirdiyi problemlərin aradan qaldırılması üçün mart ayında xüsusi proqram vasitəsi (patç) buraxılıb.

 

“Biz son hadisələrlə əlaqədar fəal şəkildə informasiya mübadiləsi aparır və həm ABŞ-da, həm də beynəlxalq səviyyədə tərəfdaşlarımıza müvafiq texniki yardım göstərməyə hazırıq”, nazirliyin məlumatında vurğulanır.

 

Qeyd edək ki, mayın 12-də 74 ölkədə 45 min müxtəlif təşkilat haker hücumuna məruz qalıb. Kompüterlərin sistemlərini bloklayan, işin bərpası üçün  Bitcoin kriptovalyutasında 600 dollar ödəniş tələb edən zərərverici “WannaCry” virusu ən çox Rusiya ərazisindəki serverlərə ziyan vurub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:07 21 Sentyabr
18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kecirilecek finalin deqiq tarixi melum olub yenilenib
    Bakıda keçiriləcək finalın dəqiq tarixi məlum olub - YENİLƏN...
  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ