ABŞ-ın BMT-dəki səfiri: "Əsədin cinayətlərinə Rusiya və İran şərait yaradır"

abs in bmt deki sefiri esedin cinayetlerine rusiya ve iran serait yaradir

ABŞ Rusiyanı Suriya rejiminin törətdiyi bütün dəhşətləri etiraf etməyə çağırıb.

 

APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli deyib. “Öz qəddar hərəkətlərinə görə əsas məsuliyyəti Əsəd özü daşıyır. Lakin onun müttəfiqləri olan İran və Rusiyanın üzərinə də ağır yük düşür. Rəsmi Tehran və Moskva şərait yaradırlar ki, Əsəd insanları oğurlayıb işgəncə versin, məhkəməsiz öldürsün, "çəllək" bombaları və kimyəvi silahdan istifadə edərək hava zərbələri endirsin. Digər ölkələr Suriya rejiminin törətdiyi dəhşətləri etiraf edir. Artıq Rusiyanın bu ölkələrin sırasına qoşulmaq vaxtı çatıb”, - deyə N. Heyli bəyan edib.

 

Qeyd edək ki, ABŞ Suriya rejimini paytaxt Dəməşq yaxınlığında krematoriya yaratmqda ittiham edib. ABŞ dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi vəzifələrini icra edən Stüart Conc bildirib ki, krematoriya öldürülmüş əsirlərin meyitlərinin yandırılması üçün istifadə olunur. Rəsmi Vaşinqtonun məlumatına əsasən Dəməşq yaxınlığındakı Saednaya həbsxanasında son illər ərzində minlərlə insan asılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde ermeni texribatinin qarsisi alinib
    Parisdə erməni təxribatının qarşısı alınıb
  • bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib
    Baş prokurorun müavini: "ASAN xidmət"in yaradılması korrupsi...
bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ