Braziliyada etirazçılar prezidentin istefasını tələb edib

braziliyada etirazcilar prezidentin istefasini teleb edib

Braziliyada keçirilən nümayişdə ölkə prezidenti Mişel Temerin istefası tələb edilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, etirazçılar dövlət başçısının iqamətgahı qarşına toplaşıblar. Bundan əvvəl polis parlamentin binasına daxil olmağa cəhd edən etirazçılara qarşı bibər qazından istifadə edib.

 

Braziliyanın ictimai təşkilatları və həmkarlar ittifaqları növbədənkənar prezident seçkisi tələbi ilə etiraz aksiyalarına start verildiyini bəyan ediblər.

 

Etirazlara səbəb Braziliyanın Ali məhkəməsinə göndərilən səs yazısı olub. Məlumata görə, səs yazısında prezident Temer parlamentin aşağı palatasının sabiq spikeri Eduardo Kunyaya rüşvət verməyi təklif edib. Eduardo Kunya vaxtilə sabiq prezident Dilma Russeffin impiçmentinin təşəbbüskarı olub.  Ötən gün müxalif “Redi”  partiyasının üzvü, deputat Alessandru Molon prezident Temerə qarşı impiçment prosesinin başlanmasını tələb ilə parlamentin spikerinə sorğu ünvanlayıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:12 23 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida qadin yanginda olub
    Bakıda qadın yanğında ölüb
  • bakida cerime meydancasinda avtomobiller qaret edilib
    Bakıda cərimə meydançasında avtomobillər qarət edilib
bakida cerime meydancasinda avtomobiller qaret edilib bakida cerime meydancasinda avtomobiller qaret edilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7009
 
EUR
2.0003
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ