Demokratlar Konqresdə Trampın impiçmentinə dair təklif irəli sürəcəklər

demokratlar konqresde trampin impicmentine dair teklif ireli surecekler

Demokratlar partiyasının bir qrup nümayəndəsi noyabrın 15-də ABŞ Konqresində yenidən ölkə prezidenti Donald Trampın impiçmentinə dair təklif irəli sürəcək.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, avqustda eyni təşəbbüslə çıxış etmiş Nümayəndələr Palatasının Tennessi ştatından üzvü Stiv Koen prezidentə qarşı yenidən bir neçə ittiham irəli sürmək niyyətindədir. S.Koen Trampı Virciniyada ultrasağçı və solçular arasında ölümlə nəticələnən toqquşmalara yetərincə reaksiya verməməkdə ittiham edir.   

 

Məlumata görə, İllinoys ştatını təmsil edən Luis Qutyerres adlı demokrat K.Koeni dəstəkləyəcəyini bəyan edib.  

 

Qeyd edək ki, bir müddət əvvəl demokratlar Bred Şerman və El Qrin eyni təşəbbüslə çıxış ediblər.  Onlar D.Trampı FTB rəhbəri Ceyms Komini vəzifəsindən kənarlaşdırmaqda, “ağ dərililərin irqi üstünlük konsepsiyası”nı qabartmaqda, ksenofobiya, seksizm, irqçilik, diskriminasiya və sair əməllərdə  ittiham ediblər.   

 

“Hill” nəşrinin məlumatına görə,  ABŞ politoloqları bu cür təşəbbüslərin Konqresdə uğursuz olacağında əmindirlər. Belə ki, hazırda nəinki respublikaçılar, hətta Demokratlar partiyasının rəhbərliyi belə Konqresdə bu cür müzakirələrin aparılmasının əleyhinə çıxış edirlər.    

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 21 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sel sulari agsu cayinin yatagini genislendirib yol ve evler tehluke qarsisindadir
    Sel suları Ağsu çayının yatağını genişləndirib, yol və evlər...
  • 174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib
    ® “Azercell” “SABAH” Karyera Qış Məktəbi layihəsində ...
174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib 174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0949
 
RR
0.03