FTB-nin sabiq direktoru ABŞ Senatında çıxış etməyə razılıq verib

ftb nin sabiq direktoru abs senatinda cixis etmeye raziliq verib

Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komi ABŞ Senatının iclasında iştirak və çıxış etməyə razılıq verib.

 

APA-nın xəbərinə görə, bu barədə “Associated Press” agentliyinə senat üzvü Riçard Berr məlumat verib.

 

“Ceyms Komi açıq dinləmələrdə çıxış etməyə razılıq verib. Senatın Kəşfiyyat üzrə komitəsi dinləmələrin tarixini mayın 29-dan sonra açıqlayacaq”, deyə R.Berr bildirib.

 

Bundan əvvəl Senatın Kəşfiyyat üzrə komitəsi C.Komini qapalı iclasa dəvət etsə də, sabiq FTB rəhbəri iclasda çıxış etməkdən imtina etmişdi.

 

Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komini mayın 9-da prezident Trampın fərmanı ilə vəzifəsindən uzaqlaşdırıb. 2013-cü ildən FTB-yə rəhbərlik edən  Komi Trampın əleyhinə yönələn “Rusiya əlaqələri”nə dair işin istintaqı ilə məşğul olub. Ağ Ev və Kreml Trampın Rusiya ilə əlaqəli olmasını inkar edir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

23:25 19 Sentyabr
13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti bmt de umumi muzakirelerin acilisinda istirak edib
    Azərbaycan prezidenti BMT-də ümumi müzakirələrin açılışında...
  • gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib
    "Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəs...
gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ