Qvatemalada yanğın nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-1

qvatemalada yangin neticesinde olenlerin sayi artib yenilenib 1

Qvatemalanın paytaxtında reabilitasiya mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

 

APA-nın Reuters agentliiynə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 19 nəfərin öldüyü bildirilirdi.

 

Məlumata əsasən, ağır yanıq xəsarətləri alan iki yeniyetmə xəstəxanada dünyasını dəyişib.

 

Hazırda xəstəxanalarda 20 nəfərin olduğu bildirilir. Onlardan bir neçəsinin vəziyyəti ağır kimi qiymətləndirilir. Qeyd edək ki, faciə zamanı həyatını itirən və yaralananlardan hamısı 14-17 yaş arasında olan yeniyetmələrdir.

 

***

 

22:15

 

Qvatemalada reabilitasiya mərkəzi yanıb, 19 uşaq ölüb

 

Qvatemalada reabilitasiya mərkəzində baş verən yanğın nəticəsində ölən uşaqların sayı 19-a çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 9 uşağın öldüyü bildirilirdi.

 

Yanğın zamanı xəsarət alan 20 nəfər xəstəxanalara yerləşdirilib. Reabilitasiya mərkəzində baş verən  yanğının səbəbi məlum deyil. Hadisə yerində polis və yanğınsöndürənlər işləyir. 

 

Qvatemala prokurorluğunun nümayəndəsi bildirib ki, hadisəyə mərkəzdə yaşayan yeniyetmələrdən birinin öz döşəyini yandırması və alovun bütün binanı əhatə etməsi səbəb ola bilər. Qvatemala mətbuatının məlumatına görə, yanğından az əvvəl 60 yeniyetmə reabilitasiya mərkəzindən qaçıb. Yeniyetmələr mərkəzdə onlarla pis davranılmasına və yeməklərin keyfiyyətsizliyinə etiraz ediblər.

 

***

 

20:34

 

Qvatemalanın paytaxtında ailə zorakılığı qurbanları üçün reabilitasiya mərkəzində güclü yanğın baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 9 uşaq ölüb.

 

Daha 20 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Təsdiqlənməmiş məlumatlara görə, yanğın zamanı 17 nəfər ölüb, 30 nəfər yaralanıb. Faciənin səbəbləri hələ ki, açıqlanmır. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:06 16 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bir qrup herbci sehid mayorun ailesine bas cekib
    Bir qrup hərbçi şəhid mayorun ailəsinə baş çəkib
  • su borusunun partlamasi bineqedi novxani avtomobil yolunda cokmeye sebeb olub
    Su borusunun partlaması Binəqədi-Novxanı avtomobil yolunda ç...
su borusunun partlamasi bineqedi novxani avtomobil yolunda cokmeye sebeb olub su borusunun partlamasi bineqedi novxani avtomobil yolunda cokmeye sebeb olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9972
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ