Tramp: “ABŞ yenidən müharibələrdə zəfər çalacaq”

tramp abs yeniden muharibelerde zefer calacaq

Müdafiə xərclərinin artırılması yenidən ABŞ ordusuna müharibələrdə qələbə qazanmaq imkanı yaradacaq. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Virciniya ştatında dənizçilər qarşısında çıxışı zamanı deyib.

 

Məlumata görə, Tramp  inşası 13 mlrd. dollara başa gələn,  donanmanın istifadəsinə verilməsi gözlənilən “Gerald Ford” aviadaşıyıcı gəminin göyərtəsində çıxış edib.

 

Prezident dənizçilərə Konqresdən müdafiə xərclərinin 54 mlrd. dollar artırılmasını xahiş etdiyini bildirib.  Tramp qeyd edib ki, müdafiə xərclərini artırmaqla Vaşinqton hərbi planlaşdırmanı xeyli asanlaşdırmaq niyyətindədir. Onun sözlərinə görə, bu yolla ordu ən yaxşı texnika ilə təchiz ediləcək.  

 

“Biz müharibənin qarşısını almaq, lazım gəldikdə isə, müharibə aparmaq üçün sizi bütün lazımi vasitələrlə təmin edəcəyik. Biz bu vasitələri sizə bir məqsəd üçün verəcəyik – zəfər çalmaq üçün! Biz yenidən müharibələrdə zəfər çalmağa başlamaq niyyətindəyik”, - deyə Tramp qeyd edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ