Tramp: “Venesuelaya qarşı hərbi variantı istisna etmirəm”

tramp venesuelaya qarsi herbi varianti istisna etmirem

ABŞ prezidenti Donald Tramp Venesuelada hərbi əməliyyat keçirilməsini nəzərdən keçirir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ lideri dövlət katibi Reks Tillerson və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli ilə görüşdən sonra bəyan edib.

 

“Venesuela elə də uzaq deyil. Orada insanlar əzab çəkir, həlak olurlar. Venesuelaya dair bir çox variant nəzərdən keçirilir. Yeri gəlmişkən, mən hərbi əməliyyat variantını da istisna etmirəm”, deyə D.Tramp bildirib.

 

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. İyulun 31-də ABŞ Venesuela prezidenti Nikolas Maduroya qarşı da sanksiya tətbiq edib. Ölkə müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti verilib. Aprelin əvvəlindən ölkədə davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 120-ni ötüb, 2 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

19:09 09 Dekabr
23:08 08 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaradagda yangin olub
    Qaradağda yanğın olub
  • bakida tikilmekde olan bina ucub
    Bakıda tikilməkdə olan bina uçub
bakida tikilmekde olan bina ucub bakida tikilmekde olan bina ucub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
1.9995
 
RR
0.0287