AEBA: “İran nüvə razılaşmasının bütün öhdəliklərini yerinə yetirir”

aeba iran nuve razilasmasinin butun ohdeliklerini yerine yetirir

İran nüvə razılaşmasının bütün öhdəliklərini yerinə yetirir.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukiya Amano BMT-də çıxış edərkən bəyan edib.

 

“Birgə Hərtərəfli Fəaliyyət Planı qüvvəyə mindikdən sonra İranın nüvə proqramının həcmi azalıb. Ölkə nüvə razılaşmasının bütün öhdəliklərini yerinə yetirir. Nüvə obyektləri daim müfəttişlərimizin sərt nəzarəti altındadır və bütün məlumatlara malikdirlər”, deyə Y.Amano bildirib.

 

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanin qeyri neft ixraci 1 2 mln dollari otub
    Azərbaycanın qeyri-neft ixracı 1,2 mln. dolları ötüb
  • goycayda reyd zamani 140 surucu cerimelenib
    Göyçayda reyd zamanı 140 sürücü cərimələnib
goycayda reyd zamani 140 surucu cerimelenib goycayda reyd zamani 140 surucu cerimelenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9941
 
RR
0.0287