Astanada Suriyaya dair danışıqların növbəti mərhələsi başlayıb

astanada suriyaya dair danisiqlarin novbeti merhelesi baslayib

Qazaxıstanın paytaxtı Astanada Suriya münaqişəsinə dair danışıqların 3-cü mərhələsi başlayıb.

 

APA-nın “lenta.ru”-ya istinadən verdiyi məlumata görə, danışıqlar zamanı iki və üçtərəfli məsləhətləşmələrin keçirilməsi gözlənilir. Rusiyanı danışıqlarda prezidentin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, BMT nümayəndə heyətini Miloş Struqar, ABŞ-ın nümayəndə heyətini ölkənin Qazaxıstandakı səfiri Corc Krol təmsil edir. İran və Türkiyə Astana danışıqlarında xarici işlər nazirinin müavinləri səviyyəsində təmsil olunur.

 

Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov bildirib ki, “Cənub cəbhə” adlanan silahlı müxalifət qrupunun nümayəndələri sabah danışıqlara qoşulacaq.

 

Astana görüşündə girovların dəyişdirilməsi və humanitar obyektlərin minalardan təmizlənməsinə dair işçi qrupun yaradılması məsələsinə baxılacaq.

 

Suriyadakı silahlı qrupların bir qismi danışıqların yeni mərhələsində iştirakdan imtina edib.  Onlar görüşün təxirə salınması, Ankarada razılaşdırılmış atəşkəs mexanizminə dair sənədin müzakirəsinin yekunlaşdırılması kimi tələblər irəli sürüb. BMT TŞ bütün tərəfləri konstruktiv şəkildə və qeyd-şərtsiz danışıqları davam etdirməyə çağırıb. TŞ üzvləri siyasi danışıqların davam etdirilməsinin atəşkəslə bağlı Astana əldə olunan razılıq sahəsində mümkün olduğunu bildiriblər. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ