Bağdad kürd muxtariyyəti ilə dialoqun başlanması üçün şərtlərini açıqlayıb

bagdad kurd muxtariyyeti ile dialoqun baslanmasi ucun sertlerini aciqlayib

İraqın ərazi bütövlüyünün və birliyi və bölünməzliyinin tanınması kürd muxtariyyəti ilə dialoqun başlanması üçün əsas şərtdir.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İraqın baş naziri Heydər əl Abadi bildiriib.

 

“Bizim mövqeyimiz aydındır. İstənilən dialoq aşağıdakı prinsiplərlə əsaslanmalıdır – İraqın bölünməzliyi, İraq Konstitusiyasının icrası və referendumun nəticələrindən imtina. Bu mövqenin  hər hansı müzakirələrə, təşəbbüslərə və ya vasitəçiliyə ehtiyacı yoxdur”, - deyə Heydər əl Abadi bildiriib.     

 

Baş nazir İraq hökumətinin “Kürdüstan”ı boykot etdiyini, Bağdadla bölgə arasında münasibətlərin davam etdiyini qeyd edib.

 

Qeyd edək ki,  sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib.   

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ilin en yaxsi kisi futbolcusu melum olub
    İlin ən yaxşı kişi futbolçusu məlum olub
  • bilesuvarda 0 5 ton pambiq yanib
    Biləsuvarda 0,5 ton pambıq yanıb
bilesuvarda 0 5 ton pambiq yanib bilesuvarda 0 5 ton pambiq yanib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2.001
 
RR
0.0295