BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib

bmt tehlukesizlik surasi simali koreyanin ballistik raket buraxmasini pisleyib

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib.

 

 APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT TŞ-nın bəyanatında bildirilir.

 

 Qeyd olunub ki, Şimali Koreyanın yürütdüyü siyasət beynəlxalq təhlükəsizliyə təhdid yaradır “BMT Təhlükəsizlik Şurası raketlərin buraxılmasından sonra Koreya yarımadasındakı vəziyyəti izləyərək zəruri addımlar atacaq. Rəsmi Pxenyan raket sınaqları keçirməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur”, sənəddə vurğulanıb.

 

BMT Təhlükəsizlik Şurası rəsmi Pxenyanı nüvə və raket sınaqları keçirməməyə, dialoq və danışıqlar yolu ilə vəziyyəti sabitləşdirməyə çağırıb. Həmçinin qeyd olunub ki,  ölkə əhalisinin ağır maddi ehtiyac içində yaşadığına baxmayaraq, Şimali Koreya hökuməti vəsaitləri hərbi sahəyə yönəldir.

 

Ötən il BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar bir sıra malların ixracına məhdudiyyətləri nəzərdə tutur. Buna baxmayaraq, Şimali Koreya nüvə sınaqları və ballistik raketlərin buraxılışını davam etdirir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • suriyada rusiya ordusunun generali helak olub
    Suriyada Rusiya ordusunun generalı həlak olub
  • ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya
    Ucarda “NİVA” yük maşını ilə toqquşub, 3 nəfər ağır xəsarət ...
ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ