Ərəb koalisiyası Yəmənin paytaxtına hava zərbələri endirib, ölən və yaralananlar var - YENİLƏNİB-1

ereb koalisiyasi yemenin paytaxtina hava zerbeleri endirib olen ve yaralananlar var yenilenib 1

Ərəb koalisiyasına məxsus aviasiyanın Yəmənin paytaxtı Sana şəhərinə hava zərbələri endirməsi nəticəsində azı 4 nəfər ölüb, daha 4-ü yaralanıb

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərdən ikisinin uşaq olduğu bildirilir.

 

Zərbələr nəticəsində bir neçə yaşayış binasına zərər dəyib, 7 ev dağılıb. Zərbələrin hədəfində  müdafiə nazirliyinin binası olub.

 

Qeyd edək ki, Yəmənin paytaxtı Sana hazırda üsyançı husilərin nəzarəti altındadır.

 

***

 

04:11

 

Ərəb koalisiyasına məxsus hərbi təyyarələrin Yəmənin paytaxtı Sana şəhərinə hava zərbələri endirməsi nəticəsində 10 nəfər yaralanıb

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, yaralılardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Məlumata əsasən, hadisə nəticəsində 7 yaşayış evi dağılıb, sakinlər təxliyə edilib.

 

***

 

01:41

 

Ərəb koalisiyasına məxsus aviasiya Yəmənin paytaxtı Sana şəhərinə hava zərbələri endirib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, iki hava zərbəsi üsyançı husilərin Müdafiə nazirliyinin binasına endirilib.  Ölən və yaralananlar barədə məlumat verilmir.

 

Yəmənin SABA agentliyinin xəbərinə görə, zərbələr nəticəsində bir neçə yaşayış binasına zərər dəyib. Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır.

 

Noyabrın 4-də  gün Səudiyyə Ərəbistanının havadan müdafiə sistemləri  Ər-Riyadın şimal-şərq hissəsində ballistik raketi vurublar. Raket hücumu vaxtında dəf edilib, əhali arasında itki qeydə alınmayıb. Raket Yəməndəki üsyançı husilər tərəfindən atılıb.

 

Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı), sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • pakistanin bas qerargah reisi herbi tehsil muessiselerinde olub
    Pakistanın Baş Qərargah rəisi hərbi təhsil müəssisələrində ...
  • abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib
    ABŞ səfirinin müavini: “2015-2016-cı illərdə Azərbaycanda 43...
abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Noyabr, 2017

USD
1.7001
 
EUR
2.0152
 
RR
0.0291