Həsən Ruhani yenidən islahatçıların namizədi kimi prezident seçkilərinə qatılacaq

hesen ruhani yeniden islahatcilarin namizedi kimi prezident seckilerine qatilacaq

İranda islahatçılar yekdilliklə Həsən Ruhanini gələcək prezident seçkilərində vahid namizəd seçiblər. 

 

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün prezident Ruhani  İslahatçılar Partiyasının “Ümid” fraksiyası ilə iclas keçirəcək. 

 

Hökumət müxalifləri də seçkilərdə vahid namizədlə çıxış etməyi qərara alıblar. Onlar ötən həftələr ərzində İslami İnqilab Qüvvələrinin Xalq Cəbhəsi Partiyasını yaradıblar. Bu cəbhədə hazırkı hökuməti tənqid edən tanınmış simalar var. Onların təqdim etdiyi siyahıda ötən prezident seçkilərində Həsən Ruhaninin əsas rəqiblərindən olmuş Tehranın meri Məhəmməd Baqir Qalibaf, SEPAH-ın sabiq komandiri Möhsin Rezayi, İran Milli Ali Təhlükəsizlik Şurasının sabiq katibi Səid Cəlili, İranın sabiq baş prokuroru və hazırda İmam Rzanın hərəminin məsul şəxsi İbrahim Rəisinin adları var. Bu şəxslərdən biri namizəd olarsa, Həsən Ruhani ilə arasında ciddi rəqabət yaşanacaq. 

 

Digər tərəfdən, İranın sabiq prezidenti Mahmud Əhmədinejadın icraçı müavini Həmidrza Bəqayi də namizədliyini irəli sürəcəyini açıqlayıb. O elan edib ki, seçkidə qələbə çalarsa, sabiq prezident Mahmud Əhmədinejadın yolunu davam etdirəcək. 
 

Xatırladaq ki, İranda növbəti prezident seçkiləri mayın 19-da keçiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ