Hindistanda 15 nəfəri öldürən fil güllələnib

hindistanda 15 neferi olduren fil gullelenib

Hindistanın Carkxand ştatında 15 nəfəri tapdayaraq öldürən aqressiv fil güllələnərək öldürülüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, 20-25 yaşlı erkək fil mart ayından indiyə qədər Carkxand ştatında 11 nəfəri, qonşu Bihar ştatında isə 4 nəfəri öldürüb.

 

Yerli əhali çoxdan bu filin öldürülməsini tələb etsə də, ətraf mühitin qorunması ilə bağlı qanunvericilik məsələnin tez həllini mümkünsüz edib. Qanuna əsasən vəhşi heyvanların ovu qadağandır, aqressiv heyvanların məhv edilməsi üçün isə xüsusi icazə tələb edilir. Filin insanlara hücumunun dayanması hakimiyyəti belə bir qərar qəbul etməyə məcbur edib.

 

Qeyd edək ki, müxtəlif hesablamalara əsasən Hindistanda 30 min fil var. Ancaq kəndlərin və əkin sahələrinin meşələrə doğru yayılması ilə fillərin qidalandığı areal tədricən azalır və bu böyük heyvanlar bəzən kəndlilərə hücum etməyə başlayır. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdamda avtomobil piyadani vurub
    Ağdamda avtomobil piyadanı vurub
  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ