İran-İraq sərhədində ardıcıl üç zəlzələ baş verib - YENİLƏNİB

iran iraq serhedinde ardicil uc zelzele bas verib yenilenib

İran-İraq sərhədində 4,3 bal gücündə zəlzələ baş verib.

 

APA-nın məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Yerli vaxtı ilə saat 03:33-də qeydə alınan yeraltı təkanların episentri İlam şəhərindən 70 km qərbdə, İraqın Məndəli şəhərindən 15 km cənub-şərqdə, ocağı 2 km dərinlikdə yerləşib.

 

Bundan əvvəl yanvarın 13-ə keçən gecə eyni ərazidə 4,6 və 3,9 bal gücündə üç zəlzələ qeydə alınıb.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

***

 

02:20

 

İran-İraq sərhədində 4,6 bal gücündə zəlzələ baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

 

Yeraltı təkanların episentri İranın İlam şəhərindən 72 km qərbdə, İraqın Məndəli şəhərindən 11 km şərqdə, ocağı 48 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

Ötən il, noyabrın 12-də  İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 500-dək insan həyatını itirib, 12 minə yaxını xəsarət alıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:06 22 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomrukculer ucun qis mektebi teqaud proqrami uzre novbeti telim baslayib
    Gömrükçülər üçün "Qış məktəbi" təqaüd proqramı üzrə növbəti ...
  • cexiyanin asociace pro modernizace teskilatinin sedri sulh platformasinin mntk uzvu olub
    Çexiyanın “Asociace Pro Modernizace”  təşkilatının sədri Sül...
cexiyanin asociace pro modernizace teskilatinin sedri sulh platformasinin mntk uzvu olub cexiyanin asociace pro modernizace teskilatinin sedri sulh platformasinin mntk uzvu olub +2
MƏZƏNNƏ
FOREX
/ 22 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.078
 
RR
0.03