İran və Səudiyyə Ərəbistan Həcc ziyarəti ilə bağlı razılığa gəlib

iran ve seudiyye erebistan hecc ziyareti ile bagli raziliga gelib

İranlı zəvvarlar cari ilin Həcc mövsümündə Səudiyyə Ərəbistanına səfər edəcəklər. 

 

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Həcc və Ziyarət Təşkilatı açıqlama verib.

 

Açıqlamada bildirilir: “İran xalqının diqqətinə çatdırırıq ki, cari ildə Həcc ziyarəti barədə Səudiyyə Ərəbistanı Həcc Nazirliyi ilə aparılan danışıqların ardınca və onlardan istədiklərimizin yerinə yetirilməsinə əmin olduqdan sonra ali lider, İslam Respublikası məsul şəxsləri və İran xalqının istəyinə uyğun olaraq ölkəmizdən olan zəvvarların təhlükəsizliyinə, izzət və hörmətlərinin qorunmasına təminat verilir. Əldə olunan razılığa əsasən  konsulluq, tibbi yardım və digər ehtiyac olan xidmətlərin göstərilməsi nəzərdə tutulur. Allahın lütfü ilə cari ilin Həcc mövsümündə 85 min nəfərin Həcc ziyarətini yerinə yetirməsi üçün şərait yaranıb. Təbiidir ki, aparılan danışıqlarda müxtəlif məsələlər, o cümlədən Mina faciəsində şəhid olanlar,  Məscidul-Haram hadisəsində şəhid olanlar haqqında danışılıb və ilk fürsətdə keçiriləcək mətbuat konfransında ona dair açıqlamalar veriləcək”.

 
Qeyd edək ki, 2015-ci ilin Həcc ziyarəti zamanı yaşanan faciəvi insidentdən sonra rəsmi Tehran vətəndaşlarına Məkkəyə getməyi qadağan edib. Həmin il Mina faciəsində 466 iranlı zəvvar həyatını itirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
  • neftcalada pambiq sahesinde yangin olub
    Neftçalada pambıq sahəsində yanğın olub
neftcalada pambiq sahesinde yangin olub neftcalada pambiq sahesinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ