İranda prezident seçkiləri keçirilir

İranın bütün şəhərlərində prezident seçkilərində səs vermək üçün seçki məntəqələri açılıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İran Milli Seçki Komissiyasının məlumatına əsasən, ölkədə 56 mln. nəfər səsvermə hüququna malikdir. Ümumilikdə 63 min seçki məntəqəsi açılıb.  

 

İran prezidenti postu uğrunda dörd namizəd mübarizə aparır: hazırkı prezident Həsən Ruhani, ayətullah İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Həşimi-Taba və mühafizəkar Mustafa Ağa Mirsəlim. İranın seçki qanunvericiliyinə əsasən, namizədlər seçicilərin 50 faizinin səsini toplaya bilməyəcəyi təqdirdə, bir həftə sonra ən çox səs toplamış iki namizədin iştirakı ilə təkrar seçkilər keçiriləcək.   

 

Qeyd edək ki, İranda  prezident seçkiləri ilə paralel şəhər Şuralarına və parlamentə əlavə seçkilər keçirilir.

 

Seçkilərdə təhlükəsizliyin təmin edilməsinə hüquq-mühafizə orqanlarının 300 minədək əməkdaşı cəlb edilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ