Prezident seçkilərində Həsən Ruhaninin əsas rəqiblərindən biri namizədliyini geri götürüb

Prezident seçkilərində Həsən Ruhaninin əsas rəqiblərindən olan İslam İnqilabı Qüvvələri Cəbhəsindən prezidentliyə namizəd, Tehran şəhərinin meri Məhəmməd Baqir Qalibaf mühafizəkar cəbhədən olan digər namizəd İbrahim Rəisinin xeyrinə namizədliyini geri götürüb. 

 

APA-nın Tehran bürosunun məlumatına görə, M. B. Qalibaf bəyanat yayaraq bildirib ki, bütün potensialını və gücünü İbrahim Rəisinin qələbə qazanması üçün istifadə edəcək. 
 

Cümə günü keçiriləcək seçkidə Həsən Ruhani və İbrahim Rəisi prezidentlik uğrunda mübarizə aparacaqlar. Bəzi siyasi ekspertlər seçkilərin ikinci tura qalacağı ehtimalını irəli sürüblər. 
 

İranın Seçkilər Təşkilatının açıqlamasına əsasən ölkə vətəndaşlarının 56 milyon 410 nəfəri səsvermə hüququna malikdir. Səsvermə 62 min məntəqədə keçiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • suriyada rusiya ordusunun generali helak olub
    Suriyada Rusiya ordusunun generalı həlak olub
  • ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya
    Ucarda “NİVA” yük maşını ilə toqquşub, 3 nəfər ağır xəsarət ...
ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ