İranda prezidentliyə namizədlərdən altısının ərizələri təsdiqlənib, Əhmədinejad seçkiyə buraxılmayıb

İranın Konstitusiyaya Nəzarət Şurası keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmüş və qeydiyyatdan keçmiş namizədlərdən 6 nəfərinin  ərizəsini təsdiqləyib.

 

APA-nın Tehran bürosunun məlumatına görə, qeydiyyatdan keçmiş namizədlərin adları beş gün Nəzarət Şurasında  araşdırıldıqdan sonra təsdiqlənib.

 

Beləliklə Konstitusiyaya Nəzarət Şurası tərəfindən ərizələri təsdiqlənən şəxslər bunlardır:

 

1. İranın Məsləhət Şurasının üzvü və İslami Mötəlifə Partiyasının Mərkəzi Şurasının üzvü Seyid Mustafa Ağa Mirsəlim

2. Prezidentin birinci müavini İshaq Cahangiri Kuşayi

3. Hazırkı prezident Həsən Ruhani

4. “İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi”nin üzvü Seyid İbrahim Rəisi - Sadat

5. Tehran şəhərinin meri Məhəmməd Baqir Qalibaf

6. İranın Milli Olimpiya Komitəsinin sədri Mustafa Haşemitəba

 

Sabiq prezident Mahmud Əhmədinejad və onun sabiq müavini Həmid Bəqayinin ərizəsi təsdiqlənməyib.

 

Qeyd edək ki, ərizələri təsdiqlənməyən şəxslər 5 gün ərzində qərara etiraz etmək hüququna malikdirlər. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • suriyada rusiya ordusunun generali helak olub
    Suriyada Rusiya ordusunun generalı həlak olub
  • ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya
    Ucarda “NİVA” yük maşını ilə toqquşub, 3 nəfər ağır xəsarət ...
ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ