İranda prezidentliyə namizədlərin son debatı keçirilib

iranda prezidentliye namizedlerin son debati kecirilib

İranda prezidentliyə namizədlərin son debatı keçirilib

 

APA-nın Tehran bürosunun məlumatına görə, namizədlər ölkədəki iqtisadi məsələlər ətrafında təqribən 3 saat yarım diskussiya aparıblar.

 

Namizədlər teledebatda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və ölkə iqtisadiyyatının inkişafına dair iqtisadi planlarını açıqlayıblar.

 

Teledebat əsasən prezident Həsən Ruhani və  onun birinci müavini İshaq Cahangirinin rəqibləri,  İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsindən Məhəmməd Baqir Qalibaf və  İbrahim Rəisi arasında keçib.   M. B. Qalibaf və İ.Rəisi hökumətin iqtisadi proqramını sərt tənqid ediblər. 

 

Prezident H.Ruhani və müavini  hökumətin ötən dörd ildə gördüyü  iqtisadi işlərdən danışıb, həyata keçirdikləri proqramı müdafiə ediblər.  İshaq Cahangiri  teledebatda  rəqib namizədlərin ona qarşı irəli sürdüyü korrupsiya ittihamlarını rədd edib, M.B.Qalibafini  əxlaqsızlıqda günahlandırıb və özünə qarşı irəli sürülmüş ittihamları əsassız adlandırıb.

 

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri  gələn həftənin cümə günü keçiriləcək.  İranın Seçkilər Təşkilatının  açıqlamasına görə, ölkə vətəndaşlarının 56 milyon 410 nəfəri səsvermə hüququna malikdir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ