İranda sel nəticəsində 11 nəfər ölüb

İranda sel və daşqınlar nəticəsində 11 nəfər ölüb, 2 nəfər itkin düşüb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, Gülüstan, İlam, Rəzəvi Xorasan, Şimali Xorasan və Simnan əyalətlərində baş vermiş sel və daşqınlar nəticəsində evlərə, infrastruktura ziyan dəyib.

 

İran Qırmızı Aypara Cəmiyyətindən bildiriblər ki, 21 şəhər və kənddə xilasetmə əməliyyatı davam edir. Səkkiz nəfər Rəzəvi Xorasanda, 2 nəfər Gülüstan, bir nəfər isə Şimali Xorasan əyalətində ölüb. Əliabad şəhərinin Şirinabad kəndində isə iki nəfər itkin düşüb.

 

Sel və daşqınlar daha çox Rəzəvi Xorasan əyalətinə ziyan vurub. Bu əyalətin müxtəlif bölgələrinə 190 xilasedici göndərilib. 450 nəfər sığınacaqlara yerləşdirilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada heyder eliyevin vefatinin 14 cu ildonumune hesr olunan anim tedbiri kecirilib
    Moskvada Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olu...
  • ankarada erdogan ve putin arasinda gorus baslayib yenilenib
    Ankarada Ərdoğan və Putin arasında görüş başlayıb - YENİLƏNİ...
ankarada erdogan ve putin arasinda gorus baslayib yenilenib ankarada erdogan ve putin arasinda gorus baslayib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 12 Dekabr, 2017

USD
1.7
 
EUR
2.0024
 
RR
0.0287