İranda zəlzələ nəticəsində ölənlərin sayı 445 nəfərə çatıb - YENİLƏNİB-10

İranda baş vermiş zəlzələ nəticəsində ölənlərin 445 nəfərə çatıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yaralıların sayı 7 100-ə yaxındır.

 

Noyabrın 12-də  İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. 

 

***

 

18:40

 

İranda zəlzələdə ölənlərin sayı artır.

 

APA-nın İRİNN-ə istinadən verdiyi məlumata görə, İraq-İraq sərhədində dünən axşam baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 407-yə çatıb.

 

6700-dən çox adam isə yaralanıb.

 

 

***

 

16.11

 

İran-İraq sərhədində baş vermiş zəlzələ nəticəsində ölənlərin ümumi sayı 381-ə çatıb. 


APA-nın İRİB-ə istinadən verdiyi xəbərə görə, zəlzələ zamanı İranda 370 nəfər ölüb, 6 min adam yaralanıb. 
 

İraqda isə zəlzələ qurbanlarının sayı 11 olub, onlarla insan yaralanıb. 
 

Bildirilir ki, İranın bəzi ərazilərində elektrik enerjisi təchizatı dayandırılıb, telefon və internet xidmətləri işləmir. 

 

Qeyd edək ki, İranda 1990-cı ildə 40 min adamın ölümü ilə nəticələnmiş zəlzələ baş verib. 

 

*** 12.46

 

İranda zəlzələ qurbanlarının sayı 339-a çatıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Kirmanşah əyalətinin tibb xidmətinin yaydığı xəbərdə deyilir.

 

Bildirilir ki, yeraltı təkanlar nəticəsində 2530 nəfər yaralanıb.

 

İraqda isə zəlzələ nəticəsində 8 nəfər ölüb, 400-dən çox adam yaralanıb. 

 

09.39

 

İranın qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində 207 ölüb, 1700 nəfər xəsarət alıb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, hazırda xilasetmə işləri davam etdirilir. Hadisə ilə əlaqədar Kirmanşah əyalətində 3 günlük matəm elan olunub.  

 

***

 

07.29

 

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə “Fars” agentliyi xəbər verib. Bundan əvvəl 129 nəfərin öldüyü, 1000-dən çox insanın yaralandığı bildirilirdi.

 

İraq ərazisində 6 nəfər təbii fəlakət qurbanı olub. Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.

 

***

 

05:49

 

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 129 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə “Fars” agentliyi Mülki Müdafiə Xidmətinə istinadən xəbər verib.

 

1000-dən çox insanın yaralandığı bildirilir. Məlumata görə, yerli sakinlər daha dağıdıcı  təkanlardan ehtiyatlanaraq küçələrdə gecələməli olublar.

 

Son saatlar ərzində İran-İraq sərhədində ondan çox təkrar təkanlar qeydə alınıb. Qızıl Aypara Cəmiyyəti zəlzələdən zərər çəkənlər üçün çadır düşərgələrinin quraşdırılmasına başlayıb. Məlumata görə, təbii fəlakət ən çox Kermanşah, Qəsri Şirin və İlam şəhərlərinə ziyan vurub.

 

Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb.

 

***

 

03:36

 

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə “Fars” agentliyi xəbər verib.

 

Təbii fəlakət zamanı 1000 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

 

Bundan əvvəl 60 nəfərin öldüyü, 300 nəfərin yaralandığı bildirilirdi.

 

***

 

03:00

 

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb, 300 nəfər xəsarət alıb.

 

APA-nın məlumatına görə, bu barədə “Fars” agentliyi xəbər verib.

 

Məlumata görə, təbii fəlakət ən çox Kermanşah, Qəsri Şirin və İlam şəhərlərinə ziyan vurub. Hazırda bölgədə xilasetmə-axtarış əməliyyatı aparılır. Bildirilir ki, ölkənin strateji obyektlərinə, o cümlədən neft-qaz infrastrukturuna zərər dəyməyib.

 

Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb.

 

***

 

02:38

 

İranda baş verən zəlzələ nəticəsində 30 nəfər ölüb, 200 nəfər xəsarət alıb.

 

APA-nın xəbərinə görə, bu barədə İranın dövlət televiziyası məlumat verib.

 

“Təbii fəlakət 30 nəfərin həyatına son qoyub, 200 nəfər xəsarət alıb”, deyə Kermanşah əyalətinin rəsmisi bildirib.

 

Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. 

 

***

 

02:08

 

İranın Kermanşah şəhərində zəlzələ nəticəsində 6 nəfər ölüb, azı 50 nəfər yaralanıb

 

APA-nın məlumatına görə, bu barədə “Tasnim” agentliyinə şəhərin meri Xoşank Bazond bildirib.

 

“İlkin məlumata görə, şəhərdə 6 nəfər ölüb, 50-dən çoxu yaralanıb”, deyə X.Bazond qeyd edib.

 

Ötən axşam İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

 

***

 

01:19

 

İranda baş verən zəlzələ nəticəsində 70 nəfər xəsarət alıb.

 

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə yerli Qızıl Aypara cəmiyyətindəki mənbə bildirib.

 

“İlkin məlumata görə, təbii fəlakət nəticəsində 70 nəfər xəsarət alıb. Yaralı sayının artacağı istisna edilmir. Ölənlər barədə hələ ki, məlumat yoxdur”, deyə mənbə bildirib.

 

Qeyd edək ki, ötən axşam İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • pakistanin bas qerargah reisi herbi tehsil muessiselerinde olub
    Pakistanın Baş Qərargah rəisi hərbi təhsil müəssisələrində ...
  • abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib
    ABŞ səfirinin müavini: “2015-2016-cı illərdə Azərbaycanda 43...
abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Noyabr, 2017

USD
1.7001
 
EUR
2.0152
 
RR
0.0291