Malayziya Şimali Koreya ilə münaqişəni danışıqlar yolu ilə tənzimləmək niyyətindədir

malayziya simali koreya ile munaqiseni danisiqlar yolu ile tenzimlemek niyyetindedir

Malayziya hakimiyyəti Şimali Koreya ilə diplomatik münaqişəni sülh yolu ilə tənzimləmək niyyətindədir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Malayziya vitse-prezidenti Əhməd Zahid Həmidi bildirib.

 

Ə. Z. Həmidi  keçən həftə Malayziyaya gələn və hazırda paytaxt Kuala-Lumpurda olan Şimali Koreyanın yüksək səviyyəli nümayəndə heyəti ilə danışıqlar aparıldığını nəzərə çatdırıb. Danışıqların əsas mövzusu Şimali Koreya liderinin ögey qardaşı, Malayziyada sui-qəsd nəticəsində öldürülən Kim Çen Namın meyitinin Şimali Koreyaya aparılmasıdır.

 

Xatırladaq ki, Malayziya K. Ç. Namın qətlinin Malayziya tərəfindən obyektiv araşdırılmayacağını bəyan etmiş Şimali Koreya səfirini arzuedilməz şəxs elan edərək ölkədən çıxarıb. Rəsmi Pxenyan da Malayziya səfirinə qarşı anoloji addım atıb. Eyni zamanda Şimali Koreya hakimiyyəti ölkədəki Malayziya, Malayziya hakimiyyəti isə ölkədəki Şimali Koreya vətəndaşlarının çıxışına qadağa qoyub. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kecmis telekanal rehberinin cayda batan oglunun meyiti tapilib yenilenib
    Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapıl...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ