Məhəmmədhüseyn Baqiri: “Region ölkələri problemlərini həll etmək iqtidarındadır”

mehemmedhuseyn baqiri region olkeleri problemlerini hell etmek iqtidarindadir

“Sepah”ın  terror qruplaşmaları ilə  bir cərgədə tutulması, ona qarşı sanksiyalar tətbiq edilməsi  Amerika və onun regiondakı bazaları üçün böyük riskdir.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Məhəmmədhüseyn Baqiri  deyib.

 

“İrana qarşı yeni sanksiyalar  yerli potensialın çiçəklənməsinə, özünə güvən və inkişaf üçün bir fürsətdir.  İran İslam Respublikasının  raket proqramı müdafiə xarakterlidir və bu, heç zaman müzakirə predmeti ola bilməz”,  deyə Məhəmmədhüseyn Baqiri  bildirib.

 

İraq Kürdüstanında referendumun keçirilməsinə toxunan M.Baqiri deyib ki, bu, bölgədə yeni problemlərə səbəb ola bilər: “Bu məsələni heç bir halda  İraqın qonşu ölkələri qəbul edə bilməz.  İraqın suverenliyi və ərazi bütövlüyünün qorunması bu ölkədə yaşayan bütün tayfa və din mənsublarının xeyrinədir”.

 

Ordu generalı həmçinin bildirib ki,  Fars Körfəzi ölkələrində baş vermiş son gərginlik danışıqlar yolu ilə həll olunmalıdır: “Əminliklə deyə bilərəm ki, yeni hər hansı bir gərginlik  təcavüzkarların bölgəyə girməsinə zəmin yaradacaq.  Region ölkələri özləri-öz  problemlərini həll etmək iqtidarındadır.  Hegemon və regiondan kənar güclərin müdaxiləsinə ehtiyac yoxdur”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:10 18 Noyabr
07:54 18 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • milli iqtisadiyyat perspektivi uzre strateji yol xeritesinin muzakiresi olub
    Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinin...
  • agsaqqallar surasi imkansiz ailelerin usaqlari ucun xeyriyye tedbiri kecirib
    Ağsaqqallar Şurası imkansız ailələrin uşaqları üçün xeyriyyə...
agsaqqallar surasi imkansiz ailelerin usaqlari ucun xeyriyye tedbiri kecirib agsaqqallar surasi imkansiz ailelerin usaqlari ucun xeyriyye tedbiri kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285