Myanmarda toqquşmalarla əlaqədar Çinə qaçqın axını başlayıb

myanmarda toqqusmalarla elaqedar cine qacqin axini baslayib

Mayanmarda etnik qiyamçılarla hökumət qüvvələri arasında toqquşmaların artması ilə əlaqədar minlərlə insan Çinə üz tutub.

 

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Myanmarın Şan ştatında yerləşən Kokanqın əhalisi etnik çinlilərdir.

 

Silahlı etnik qruplaşmalar Kokanqa geniş muxtariyyət verilməsini, yaxud Myanmardan ayrılmasını tələb edirlər. Etnik çinlilərin silahlı qruplaşmaları ilə Myanmar hökumət qüvvələri arasında toqquşmalar 1949-cu ildən başlayıb, 1990-cı illərin ortalarına qədər davam edib. Silahlı münaqişə 2014-cü ildə yenidən başlayıb.

 

Son günlər Çinlə sərhəd yaxınlığında vəziyyət gərginləşib. Martın 6-da qiyamçılar Çinlə sərhəddə yerləşən Şan ştatında təhlükəsizlik qüvvələrinə hücum edib. Hücum nəticəsində 30 nəfər ölüb. Dünən Qırmızı Xaç Komitəsi Çinin sərhəddə yerləşən Nan San şəhərindəki qaçqın düşərgəsinə 200 nəfərin yerləşdirildiyini, 300 nəfərin sərhədin Myanmar tərəfindən gözlədiyini açıqlayıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ramil quliyev men iki olkenin bayragini ucaltmisam musahibe
    Ramil Quliyev:“Mən iki ölkənin bayrağını ucaltmışam”-MÜSAHİB...
  • azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib
    Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçiri...
azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ