PKK-nın Suriya qolu PYD ABŞ-dan hərbi yardım alıb

pkk nin suriya qolu pyd abs dan herbi yardim alib

ABŞ Suriyanın Haseke əyalətində PKK-nın Suriya qolu olan PYD silahlılarına silah-sursat və hərbi nəqliyyat vasitələri verib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Livanın “Əl Mayəddin” telekanalı məlumat yayıb.      

 

Məlumata görə, İraqdan yola salınan hərbi yardım daşıyan avtomobil karvanı ötən gün mənzil başına çatıb.  Kanal xatırladır ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Cozef Votel bir müddət əvvəl ABŞ-ın İŞİD-lə mübarizə məsələsində PYD-ni gücləndirmək niyyətində olduğunu qeyd edib.  

Qeyd edək ki, Cozef Votel ötən həftə Suriyanın şimal rayonlarına gözlənilməz səfər edib. Bir müddət sonra  Cozef Votel PYD komandirləri ilə “uğurlu görüşlər”  keçirdiyini bildirib. Onun sözlərinə görə, görüşlərdə İŞİD-ə qarşı əməliyyatın genişləndirilməsi və digər hərbi məsələlər müzakirə edilib.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:09 25 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub
    Əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin təkmilləşdi...
  • istanbul metrosunda yangin olub
    İstanbul metrosunda yanğın olub
istanbul metrosunda yangin olub istanbul metrosunda yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0296
 
RR
0.0295
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ