Seulda toqquşmalar nəticəsində iki nəfər ölüb

seulda toqqusmalar neticesinde iki nefer olub

Cənubi Koreyanın paytaxtı Seulda sabiq prezidentin tərəfdarları və əleyhdarları arasında baş vermiş toqquşma nəticəsinə iki nəfər ölüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, onlardan birinin 72, digərinin isə 60 yaşı olub.

 

Toqquşmalara səbəb Konstitusiya Məhkəməsinin hakimiyyətdən kənarlaşdırılan prezident Pak Kın He ilə bağlı yekun qərarıdır. Qərardan narazı qalan sabiq prezidentin tərəfdarları əllərində çubuq və dəmir borularla məhkəmə binasına daxil olmağa çalışıblar. Nəticədə 8 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti çox ağır kimi qiymətləndirilir.

 

Konstitusiya Məhkəməsi və digər dövlət binalarının mühafizəsinə 20 mindən çox polis əməkdaşı cəlb olunub. Yerli KİV-in məlumatına görə, sabiq prezidentin tərəfdaşları jurnalistlərə də hücum edib. Nəticədə bir neçə yaponiyalı və koreyalı jurnalist xəsarət alıb.

 

Qeyd edək ki, Pak Kın He Cənubi Koreya tarixində impiçment yolu ilə hakimiyyətdən uzaqlaşdırılan ilk prezident olub. Konstitusiya məhkəməsi korrupsiya ittihamlarına görə hakimiyyətdən uzaqlaşdırılan prezident barədə verilən ilkin qərarı təsdiqləyib. 60 gün ərzində ölkədə yeni prezident seçkiləri keçiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde ermeni texribatinin qarsisi alinib
    Parisdə erməni təxribatının qarşısı alınıb
  • bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib
    Baş prokurorun müavini: "ASAN xidmət"in yaradılması korrupsi...
bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ