Son iki gündə İranda yol-nəqliyyat hadisələri nəticəsində 50 nəfər ölüb

Son iki gündə İranda yol-nəqliyyat hadisələri nəticəsində 50 nəfər ölüb, 400 nəfər yaralanıb. 

 

APA-nın Tehran bürosunun məlumatına görə, polis Novruz bayramı ilə əlaqədar istirahət günlərində qəzaların sayını azaltmaq üçün genişmiqyaslı əməliyyata başlayıb. 
 

İran Yol Polisinin rəhbəri Məhəmməd Hüseyn Həmidi bu gün Tehranın giriş və çıxışına vertolyotla baxış keçirib.

 

Jurnalistlərə açıqlama verən M. Həmidi deyib ki, yol qəzalarına səbəb yorğunluq, yuxusuzluq, sürət həddini aşma və ötmə qaydalarının pozulmasıdır. “İstirahət günlərində səfərlər 20 faiz artacaq. Polis yol qəzalarının qarşısını almaq üçün genişmiqyaslı əməliyyata başlayıb və qanunu pozan sürücülər cəzalandırılacaqlar”. 
 

Polis yollarda müşahidə kameraları və nəzarət texnikasının sayını artırıb. 
 

Qeyd edək ki, İranda hər il yol-nəqliyyat hadisələri minlərlə insanın ölümünə və xəsarət almasına səbəb olur. Hər il Novruz bayramı günlərində qəzaların sayı artır. Ötən il Novruz bayramı günlərində İranda  ölümlə nəticələnən 403 yol-nəqliyyat hadisəsi baş verib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ