Suriyada İstanbul terrorunda əli olan silahlı məhv edilib

suriyada istanbul terrorunda eli olan silahli mehv edilib

Suriyada Yeni İl gecəsi İstanbulda törədilən terror aktında əli olan İŞİD silahlısı məhv edilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Con Tomas bildirib.

 

“Aprelin 6-da ABŞ qüvvələri tərəfindən yanvarın 1-ə keçən gecə İstanbulda baş verən terror aktının təşkilatçılarından biri Əbdürrəhman Özbəyi məhv edilib. O, əcnəbi silahlıların İŞİD-ə cəlb edilməsi, maliyyələşdirilməsi ilə məşğul olub. Bundan başqa, Ə.Özbəyi Suriya və İraqdan kənarda terror aktlarının hazırlanmasında mühüm rol oynayıb”, deyə C.Tomas bildirib.

 

Qeyd  edək ki, Yeni il gecəsi İstanbulda “Reina” gecə klubuna edilən  hücum zamanı  39 nəfər ölüb, 65 nəfər yaralanıb.  Terror aktını törədən şəxs yanvarın 16-da İstanbulda yaxalanıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kobud qayda pozuntusuna yol veren 350 surucu cerimelenib
    Bakıda kobud qayda pozuntusuna yol verən 350 sürücü cərimələ...
  • azerbaycan nefti 1 bahalasib
    Azərbaycan nefti 1% bahalaşıb
azerbaycan nefti 1 bahalasib azerbaycan nefti 1 bahalasib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ