Trans-Sakit Okean Əməkdaşlığı layihəsi ABŞ-sız davam edəcək

trans sakit okean emekdasligi layihesi abs siz davam edecek

Trans-Sakit Okean Əməkdaşlığı (TTP) layihəsi ABŞ-sız fəaliyyətini davam etdirəcək.

 

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə quruma üzv ölkələrin ticarət nazirləri razılığa gəliblər. Məlumata əsasən, görüşdə 11 ölkənin tərəfdaşlığının əsas elementlərinə dair razılığa gəlinib. Görüş Vyetnamın Dananq şəhərində, Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatı (APEC) sammiti çərçivəsində keçirilib.

 

2016-cı ilin əvvəlində 12 ölkənin iştirakı ilə imzalanan Trans-Sakit Okean Tərəfdaşlığına dair saziş Asiya və Sakit Okean regionunda geniş azad ticarət zonasının yaradılmasını, müxtəlif mal və xidmətlərə gömrük rüsumunun ləğvini nəzərdə tuturdu. Sənəd Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, ABŞ, Sinqapur, Çili və Vyetnam tərəfindən imzalanmışdı.

 

Qeyd edək ki, dünya iqtisadiyyatının 40 faizi və dünya ticarətinin 1/3 hissəsi  Sakit okean ölkələrinin payına düşür. Donald Tramp prezident seçiləndən dərhal sonra TPP sazişini təhlükəli adlandıraraq, layihənin həyata keçirilməsinə qarşı çıxış edib. O, Çinin qeyd olunan sazişdən istifadə edəcəyini və layihədən daha çox qazanacağını bildirib. 2017-сi ilin yanvarında  Donald Tramp ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığından (TPP) çıxmasına dair fərman imzalayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanin qeyri neft ixraci 1 2 mln dollari otub
    Azərbaycanın qeyri-neft ixracı 1,2 mln. dolları ötüb
  • goycayda reyd zamani 140 surucu cerimelenib
    Göyçayda reyd zamanı 140 sürücü cərimələnib
goycayda reyd zamani 140 surucu cerimelenib goycayda reyd zamani 140 surucu cerimelenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9941
 
RR
0.0287