Türkiyə ordusu Suriyada yeni əməliyyata hazırlaşır

turkiye ordusu suriyada yeni emeliyyata hazirlasir

Türkiyə ordusu qarşıdakı yaxın günlərdə Suriyada PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-yə qarşı yeni hərbi əməliyyat aparmağa hazırlaşır.

 

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) konfransında bəyan edib.

 

“Türkiyə Suriyada İdlib əməliyyatı ilə bu terror dəhlizinin qərb qanadını çökdürdü. Afrində terrorçular təslim olmasalar, oranı da onların başına yıxacağıq. Suriyanın Münbic bölgəsindən terrorçuların çıxacağı ilə bağlı bizə verilən vəd yerinə yetirilməzsə, öz göbəyimizi özümüz kəsəcəyik. Bir həftə tamamlanmamış nə edəcəyimizi görəcəklər. "Fərat Qalxanı" əməliyyatı zamanı 3 min İŞİD terrorçusunu məhv etmişdik, sabah lazım olsa, 3 min terrorçunu da məhv edərik. Buradan Suriyadakı terror təşkilatlarını dəstəkləyən müttəfiqlərimizə özlərinə sual verməyə dəvət edirəm. ABŞ Suriyada PYD/YPG terror təşkilatına 4 min 900 yük maşını silah və texnika göndərib. Belə müttəfiqlik olmaz. Terrorçulara 2 min təyyarə ilə havadan silah yükləri atıldığını da bilirik. Verilən silahların bir qismi "qara bazar"da satılmağa başladı, bir qismini də bizə qarşı istifadə edirlər. Biz bölgədə siyasətimizi ABŞ-la birgə həyata keçirmək istəyirik. Bu, birtərəfli ola bilməz. İlanla bir yatağa girənlər nəticələrinə də dözər. ABŞ ilan çuxurunda olmaqda bu qədər israr göstərirsə, biz öz başımızın çarəsinə baxarıq”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

08:52 24 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • vekiller kollegiyasinin rehberliyi konstitusiya mehkemesinde olub
    Vəkillər Kollegiyasının rəhbərliyi Konstitusiya Məhkəməsində...
  • bakida bir cox ustunlukleri olan yeni serfeli omega taksi xidmeti fealiyyete basladi
    ®Bakıda bir çox üstünlükləri olan yeni, sərfəli “OMEGA” taks...
bakida bir cox ustunlukleri olan yeni serfeli omega taksi xidmeti fealiyyete basladi bakida bir cox ustunlukleri olan yeni serfeli omega taksi xidmeti fealiyyete basladi +2
MƏZƏNNƏ
FOREX
/ 24 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0948
 
RR
0.0302